Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Dövlət satınalmaları ilə bağlı tədbir keçirilib

15.10.2026, 07:18
Dövlət satınalmaları ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət satınalmaları sahəsində yeniliklərə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Nazirliyin Maliyyə və təsərrüfat şöbəsinin Texniki təminat və təsərrüfat sektorunun satınalmalar üzrə məsləhətçisi Bursay İbrahimov təqdimatla çıxış edib. Təqdimatda dövlət satınalmalarının planlaşdırılması və təşkili, satınalma metodları, sahibkarlıq subyektlərinin satınalmalarda iştirakı, zəmanət tələbləri və tender təkliflərinin qiymətləndirilməsi məsələləri barədə məlumat verilib.
Nazirliyin tabeli qurumlarında dövlət satınalmalarının vaxtında və düzgün təşkil edilməsi məqsədilə keçirilən tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.