Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
"ASAN xidmət" mərkəzində “Ekoloji məsuliyyət və davamlı gələcək” mövzusunda maarifləndirici görüş keçirilib
15.10.2026, 07:22
Naxçıvan regional “ASAN xidmət” mərkəzinin cari könüllülərinin təşəbbüsü ilə “Ekoloji məsuliyyət və davamlı gələcək” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ASAN xidmət mərkəzinin əməkdaşları və könüllülər iştirak ediblər.
Görüş çərçivəsində ətraf mühitin mühafizəsinin əhəmiyyəti, təbii sərvətlərdən səmərəli istifadə, tullantıların azaldılması, təkrar emalın təşviqi və gündəlik həyatda ekoloji davranış qaydalarının tətbiqi barədə məlumat verilib.
İştirakçılara ətraf mühitin qorunmasının yalnız aidiyyəti qurumların deyil, hər bir vətəndaşın məsuliyyəti olduğu diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Görüşün keçirilməsində əsas məqsəd gənclərin ətraf mühitin mühafizəsi sahəsində biliklərini artırmaq, onlarda ekoloji məsuliyyət hissini gücləndirmək və təbiətin qorunmasına yönəlmiş təşəbbüslərdə fəal iştiraklarını təşviq etmək olub.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️