Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Xanlar Mustafayev Qlobal Ekologiya Fondunun (QEF) 8-ci maliyyə dövrü çərçivəsində biomüxtəlifliyin qorunması layihəsi üzrə nümayəndə heyəti ilə görüşüb

15.10.2026, 07:25
Xanlar Mustafayev Qlobal Ekologiya Fondunun (QEF) 8-ci maliyyə dövrü çərçivəsində biomüxtəlifliyin qorunması layihəsi üzrə nümayəndə heyəti ilə görüşüb

Görüşdə Zəngəzur Milli Parkının maddi-texniki bazasının gücləndirilməsi, müasir idarəetmə yanaşmalarının tətbiqi, yanğın təhlükəsizliyinin təmin edilməsi, eləcə də nəzarət-buraxılış məntəqələrinin yaradılması və rəqəmsal ödəniş sistemlərinin tətbiqi məsələləri müzakirə olunub.

FAO-nun nümayəndəsi Güllü Hüseynova layihənin milli parkın idarəetmə imkanlarının artırılması və biomüxtəlifliyin qorunması istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat verib.