Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Xanlar Mustafayev Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

15.10.2026, 07:29
Xanlar Mustafayev Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Görüş zamanı bir sıra ekoloji və sosial layihələrin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələr çərçivəsində bərk məişət tullantılarının emalı müəssisəsinin yaradılması, sosial dəstəyə ehtiyacı olan ailələrin evlərinin dam örtüklərində elektrik enerjisi təminatı sistemlərinin quraşdırılması, çöl heyvanlarının yemlənməsi üçün xüsusi qurğuların yerləşdirilməsi, istixananın yaradılması, eləcə də hidrometeoroloji stansiyaların qurulması ilə bağlı layihə təklifləri nəzərdən keçirilib.
Qeyd olunan layihələrin həyata keçirilməsi imkanları, onların ətraf mühitin mühafizəsinə, sosial rifahın yaxşılaşdırılmasına və dayanıqlı inkişafın dəstəklənməsinə verə biləcəyi töhfələr barədə müzakirələr aparılıb.