Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
“Ekoloji Təhsil” layihəsi çərçivəsində Ordubad rayonunda maarifləndirici tədbir keçirilib
23.10.2026, 13:29
1 / 9
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Ekoloji Təhsil” layihəsi çərçivəsində Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə şagirdlərə ekoloji biliklər, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə və yaşıllıqların qorunmasının əhəmiyyəti barədə məlumat verilib. Mövzular ətrafında müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb. Məktəblilər mövzuya böyük maraq göstərib, fəallıqları və müzakirələrdə iştirakı ilə seçiliblər. Eyni zamanda, onlar təbiətin gözəlliyini əks etdirən rəsmlər çəkərək yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.
Sonda şagirdlər məktəbin həyətində ağaclar əkərək yaşıllıqların əhəmiyyəti və onların artırılmasının vacibliyi ilə bağlı əldə etdikləri bilikləri praktik fəaliyyətlə möhkəmləndiriblər.
Xatırladaq ki, layihənin əsas məqsədi şagirdlərin ekoloji biliklərini artırmaq, onlarda təbiətə qayğıkeş münasibət formalaşdırmaq və ətraf mühitin mühafizəsində fəal iştiraklarını təşviq etməkdir.
Canlı əlaqəOnlayn köməkçi
Canlı əlaqəBizə sual verin
👋 Salam, hörmətli vətəndaş!
Mən sizin onlayn köməkçinizəm.
🗓️ İş rejimi: 📌 Canlı əlaqə vasitəsilə müraciətlərin cavablandırılması həftənin iş günləri, saat 09:00-dan 17:45-dək fasiləsiz həyata keçirilir.
📌 Aşağıdakı mövzularda sual verə bilərsiniz:
• Elektron xidmətlər (dxr.az)
• Nazirlik: struktur, tabeli idarələr, rəhbərlik
• Xəbərlər, elanlar, hesabatlar
• Fəaliyyət istiqamətləri: biomüxtəliflik, hidrometeorologiya, meşələr, geologiya, ekspertiza agentliyi, ekoloji təhlükəsizlik
• Təbii sərvətlər: milli parklar, yasaqlıqlar, bulaqlar, kəhrizlər, mineral sular, faydalı qazıntılar
• Qanunvericilik: konstitusiya, məcəllələr, qanunlar, fərmanlar, sərəncamlar, qərarlar, konvensiyalar, əsasnamələr
• Əlaqə: qəbul günləri, ünvan, müraciət
• EKO-RADAR və 168 zəng xətti
📍 Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
📞 Telefon: (+99436) 545-72-58, (+99436) 545-75-89
✉️ E-poçt: office@neco.gov.az
Zəhmət olmasa, məlumat almaq istədiyiniz xidməti seçin ⤵️