Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

03.11.2026, 10:04
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 1
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 2
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 3
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 4
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 5
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 6
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 7
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 8
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 9
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 10
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 11
♻️🌳 “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib 12
1 / 12

Oktyabrın 30-da “Şəhərsalma və Memarlıq ili” çərçivəsində ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması sahəsində ictimai maarifləndirməni artırmaq məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.

Culfa şəhəri, Mehdi Hüseynzadə küçəsində təşkil olunan aksiya zamanı vətəndaşlar ümumi tutumu 848 litr olan plastik, 97 litr olan şüşə tullantı, 66 ədəd işlənmiş batareya təhvil verərək əvəzində 50 ədəd badam, sərv, alma və həmişəyaşıl tingləri əldə ediblər.

Aksiyanın keçirilməsində məqsəd əhalinin tullantıların çeşidlənməsi və təkrar emala yönləndirilməsi istiqamətində fəal iştirakını təmin etmək, tullantıların ətraf mühitə mənfi təsirlərini azaltmaq, ekoloji düşüncəni formalaşdırmaq, həmçinin yaşıllıqların artırılmasına və cəmiyyətin ekoloji məsuliyyətinin gücləndirilməsinə dəstək olmaqdır.