Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.
Hərraca Şahbuz rayonu ərazisində yerləşən “Şahbuz I” qum-çınqıl yatağı çıxarılıb. Başlanğıc qiyməti 4 185 (dörd min yüz səksən beş) manat müəyyən edilən hərrac 29 000 (iyirmi doqquz min) manatla yekunlaşıb.
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.
Şahbuz rayonunda yerləşən “Şahbuz I” qum-çınqıl yatağı üzrə hərrac keçirilib
03.11.2026, 10:05







