Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Zəfər Günü münasibətilə Əlincə qalasına yürüş təşkil olunub

11.11.2026, 06:14
Zəfər Günü münasibətilə Əlincə qalasına yürüş təşkil olunub 1
Zəfər Günü münasibətilə Əlincə qalasına yürüş təşkil olunub 2
Zəfər Günü münasibətilə Əlincə qalasına yürüş təşkil olunub 3
Zəfər Günü münasibətilə Əlincə qalasına yürüş təşkil olunub 4
1 / 4

8 Noyabr-Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Əlincə qalasına yürüş keçirilib.
20-dən çox ekokönüllünün iştirak etdiyi yürüş zamanı iştirakçılar Azərbaycanın tarixi-mədəni irsinin rəmzlərindən biri olan Əlincə qalasına qalxaraq milli qürur və vətənpərvərlik hisslərini bir daha yaşayıblar.

Yürüşün keçirilməsində əsas məqsəd ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, milli-mənəvi dəyərləri təbliğ etmək və ekokönüllülük fəaliyyətini təşviq etmək olub.
Yürüş iştirakçıları Zəfər Gününün xalqımızın birlik, mübarizə və qəhrəmanlıq salnaməsindəki xüsusi əhəmiyyətini bir daha vurğulayıblar.