Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Ekoloji Təhsil” layihəsi çərçivəsində Şərur rayon Gümüşlü kənd tam orta məktəbində maarifləndirici tədbir keçirilib.
“Qlobal istiləşmə və onun nəticələri” mövzusuna həsr olunan tədbir sual-cavab formatında təşkil edilib. Şagirdlərə qlobal istiləşmənin səbəbləri, ətraf mühitə təsirləri və onun qarşısının alınması yolları barədə məlumat verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
“Ekoloji Təhsil” layihəsi çərçivəsində Şərur rayonunda maarifləndirici tədbir keçirilib
11.11.2026, 12:26




