Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Stresin idarə edilməsi, ünsiyyət bacarıqlarının inkişafı və vətəndaş axınının idarə edilməsi” mövzusunda təlim keçirilib.
Təlimdə stresin düzgün idarə olunması, effektiv ünsiyyət, vətəndaş müraciətlərinin operativ və nəzakətli cavablandırılması, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məsələləri müzakirə olunub.
Təlimin məqsədi əməkdaşların peşəkar bacarıqlarını inkişaf etdirmək, işin səmərəliliyini və göstərilən xidmətlərin keyfiyyətini artırmaqdır.
Nazirlikdə əməkdaşlar üçün təlim keçirilib
16.11.2026, 09:49
-1794808161.jpg)

