Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir

19.11.2026, 10:17
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 1
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 2
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 3
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 4
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 5
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 6
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 7
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 8
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 9
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 10
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 11
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 12
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 13
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 14
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 15
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 16
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 17
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 18
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 19
Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir 20
1 / 20

Bu istiqamətdə növbəti ekoloji tədbir “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planının 8.11.4-cü (“Biomüxtəlifliyin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi”) bəndinin icrası çərçivəsində təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər heyəti, Nazirliyin və onun tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları, ekokönüllülər və media nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində “Əshabi-Kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksinə gedən yolun sol tərəfində, ümumilikdə 1,5 hektar ərazidə yerli iqlim və torpaq şəraitinə uyğun seçilmiş 600 ədəd tut, ərik və püstə tingi əkilib. 
 
Daha sonra Arazboyu Dövlət Təbiət Yasaqlığının ərazisinə 10 baş ceyran buraxılıb. Bu təşəbbüs ceyranların tarixən məskunlaşdıqları ərazilərə qaytarılması, populyasiyalarının bərpası və sayının artırılması, biomüxtəlifliyin qorunması, eləcə də ekosistemin təbii tarazlığının təmin olunması məqsədi daşıyır.

Ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev bildirib ki, muxtar respublikanın yarımsəhra və quru çöl iqliminə malik bəzi əraziləri ceyranların yaşaması və çoxalması üçün əlverişli şəraitə malikdir. Həmin ərazilərdə efemer bitkilərin yayılması ceyranların qida təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, çayların keçməsi və Nazirlik tərəfindən müxtəlif ərazilərdə su novlarının çəkilməsi heyvanların su təminatına əlverişli şərait yaradır.

Nazir qeyd edib ki, muxtar respublikada plana uyğun olaraq 485 hektardan artıq ərazidə meşəsalma və meşəbərpa tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Yaz əkinləri çərçivəsində işlərin bir hissəsi artıq icra olunub, payız əkinləri üzrə tədbirlər isə davam etdirilir.
Xanlar Mustafayev, həmçinin bildirib ki, muxtar respublika üzrə yaşıllıq sahələrinin rəqəmsal xəritələrinin hazırlanması, inventarlaşdırılması və kadastrının yaradılması istiqamətində işlər aparılıb. Ümumilikdə 2500 hektar ərazini əhatə edən yaşıllıq sahələrinin rəqəmsal xəritələri hazırlanıb, onların bölgüsü və idarə olunması ilə bağlı aidiyyəti qurumlar arasında məsuliyyət bölgüsü müəyyənləşdirilib. 

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlərin gələcəkdə də davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.