WWF – Ümumdünya Təbiəti Mühafizə Fondu (World Wide Fund for Nature) Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə 16–21 noyabr 2026-cı il tarixlərində Naxçıvan Muxtar Respublikası ərazisində bəbirlərin (Panthera pardus tulliana) yaşadığı areallarda cütdırnaqlı heyvanların payız sayğısı həyata keçirilib
Tədqiqat işlərində Rusiya Elmlər Akademiyasının Xəzər ətrafı Biologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, biologiya elmləri namizədi, cütdırnaqlı heyvanlar üzrə mütəxəssis Elmar Babayev, Naxçıvan Dövlət Universitetinin Bioresurslar İnstitutunun direktoru, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov, həmin institutun laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zəngəzur Milli Parkının böyük elmi işçisi Samir Quliyev iştirak ediblər.
Sayğı zamanı muflon (Ovis orientalis), bezoar keçisi (Capra aegagrus) və ceyran (Gazella subgutturosa) növlərinin populyasiyalarının vəziyyətinin öyrənilməsi, onların yayılma areallarının müəyyənləşdirilməsi və bəbirlərin qida bazasının qiymətləndirilməsi istiqamətində müşahidələr aparılıb.
Sayımla bağlı hesabat tərtib olunub ictimaiyyətə açıqlanacaqdır.
16–21 noyabr 2026-cı il tarixlərində Naxçıvan Muxtar Respublikası ərazisində bəbirlərin (Panthera pardus tulliana) yaşadığı areallarda cütdırnaqlı heyvanların payız sayğısı həyata keçirilib
25.11.2026, 10:18
 Azərbaycan Nümayəndəliyinin (3)-1795587484.jpg)



