Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvanda “Tullantıları ekoçantalara dəyiş” aksiyası keçirilib

25.11.2026, 10:20
Naxçıvanda “Tullantıları ekoçantalara dəyiş” aksiyası keçirilib 1
Naxçıvanda “Tullantıları ekoçantalara dəyiş” aksiyası keçirilib 2
Naxçıvanda “Tullantıları ekoçantalara dəyiş” aksiyası keçirilib 3
Naxçıvanda “Tullantıları ekoçantalara dəyiş” aksiyası keçirilib 4
Naxçıvanda “Tullantıları ekoçantalara dəyiş” aksiyası keçirilib 5
Naxçıvanda “Tullantıları ekoçantalara dəyiş” aksiyası keçirilib 6
Naxçıvanda “Tullantıları ekoçantalara dəyiş” aksiyası keçirilib 7
Naxçıvanda “Tullantıları ekoçantalara dəyiş” aksiyası keçirilib 8
Naxçıvanda “Tullantıları ekoçantalara dəyiş” aksiyası keçirilib 9
Naxçıvanda “Tullantıları ekoçantalara dəyiş” aksiyası keçirilib 10
1 / 10

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində, Seyid Cəfər Pişəvəri küçəsi, Naxçıvan regional “ASAN xidmət” mərkəzinin ətrafında “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib.

Aksiya zamanı vətəndaşlar ümumi tutumu 87 litr olan plastik tullantı, 25 litr tutumu olan şüşə butulkaları, 187 ədəd işlənmiş batareya və polietilen torbaları təhvil verərək əvəzində ekoçantalar əldə ediblər.

Aksiyanın əsas məqsədi tullantıların düzgün idarə olunmasına təşviq etmək, ətraf mühitin mühafizəsi ilə bağlı ictimai məlumatlılığı artırmaq və xüsusilə birdəfəlik polietilen torbalardan istifadənin azaldılmasına nail olmaqdır.

Polietilen torbalar təbiətdə uzun müddət parçalanmadan qalaraq torpağın və su hövzələrinin çirklənməsinə, canlı aləmə mənfi təsirlərin yaranmasına səbəb olur. Buna görə də gündəlik alış-veriş zamanı polietilen torbalar əvəzinə dəfələrlə istifadə oluna bilən ekoçantaların seçilməsi ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazirlik hər kəsi polietilen torbalardan istifadəni azaltmağa, ekoçantalardan istifadəyə üstünlük verməyə və təbiətin qorunmasına dəstək verməyə çağırır.