Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Nazirliyin əməkdaşları üçün təlimlər keçirilib

25.11.2026, 14:06
Nazirliyin əməkdaşları üçün təlimlər keçirilib 1
Nazirliyin əməkdaşları üçün təlimlər keçirilib 2
Nazirliyin əməkdaşları üçün təlimlər keçirilib 3
Nazirliyin əməkdaşları üçün təlimlər keçirilib 4
Nazirliyin əməkdaşları üçün təlimlər keçirilib 5
Nazirliyin əməkdaşları üçün təlimlər keçirilib 6
Nazirliyin əməkdaşları üçün təlimlər keçirilib 7
Nazirliyin əməkdaşları üçün təlimlər keçirilib 8
Nazirliyin əməkdaşları üçün təlimlər keçirilib 9
Nazirliyin əməkdaşları üçün təlimlər keçirilib 10
1 / 10

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Səriştə modelinin qeyri-dövlət qulluğunda tətbiqi”, “Vətəndaş müraciətlərinə baxılması qaydası” və “Ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları və onların tətbiqi” mövzularında təlimlər keçirilib.

Təlimlər çərçivəsində əməkdaşların peşə fəaliyyətində səriştə modelindən istifadə, vətəndaş müraciətlərinin araşdırılması və müvafiq qanunvericilik əsasında həlli, eləcə də ətraf mühitin mühafizəsi sahəsində hüquqi biliklərin artırılması məsələlərinə diqqət yetirilib.

Təlimlərin keçirilməsində məqsəd əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması, fəaliyyətlərinin daha səmərəli təşkilinə dəstək göstərilməsidir.