Naxçıvan–Şahbuz avtomobil yolunun sol kənarında, terras üsulu ilə salınmış 12 hektarlıq təpəlik ərazidə əkin-bərpa tədbirləri həyata keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev, eləcə də Nazirliyin əməkdaşları iştirak ediblər.
Əkin-bərpa tədbirləri çərçivəsində Nazirliyin tingçilik sahələrində yetişdirilmiş, ərazinin torpaq və iqlim şəraitinə uyğun 700 ədəd tut, iydə və sarağan tingi əkilib.
Bununla yanaşı, Duzdağ Fizioterapiya Mərkəzinə gedən avtomobil yolunun sol kənarında 0,5 hektar ərazidə 150 ədəd tut və 100 ədəd badam, Uzunoba Dövlət Meşəsinin ərazisində isə 0,5 hektar sahədə 200 ədəd badam tingi əkilib.
Həyata keçirilən əkin-bərpa tədbirləri yaşıllıq sahələrinin genişləndirilməsinə, mövcud yaşıllıqların qorunmasına və ekoloji tarazlığın təmin olunmasına xidmət edir.
Naxçıvan–Şahbuz avtomobil yolunun sol kənarında əkin-bərpa tədbirləri həyata keçirilib
26.11.2026, 10:08
-1795673288.jpeg)







