Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Tədbirlər planına uyğun olaraq analizlər və dezinfeksiya işləri aparılmışdır

Tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Şərur rayon Gigiyena və Epidemiologiya şöbəsinin iştirakı ilə  birgə Arpaçay su anbarının və Sutəmizləyici Qurğular Kompleksinin ətrafında dərmanlama, dezinfeksiya işləri aparılmışdır.
 İçməli suların keyfiyyətinin öyrənilməsi məqsədilə Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin çıxış  hissəsindən ayda iki dəfə olmaqla su nümunələri götürülərək  suların tərkibində  pH-ı, temperaturu, bulanıqlığı, anion və  kationların və digər elementlərin miqdarı təyin edilmişdir. 
 Həmçinin Sədərək rayon Su Monitorinq Laboratopriyasında, Araz və Arpaçayın muxtar respublika ərazisinə daxil olan hissəsindən və “Şir arxı” dan götürülmüş su nümunələrində suların ilkin analizi, ağır metalların miqdarı və eyni zamanda radioaktivliyi təyin etmək məqsədilə analizlər aparılmışdır.
 Aparılmış analizlərdə sularda çirklənmə hallarının yol verilən qatılıq həddini keçmədiyi və ekoloji tələblərə uyğun olduğu müəyyən edilmişdir.
Təlimata uyğun olaraq bu kimi tədbirlər bundan sonra da  keçiriləcəkdir.