Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bakı şəhərinə ezam olunublar.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Hidrometeorologiya idarəsinin  əməkdaşları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətində qısamüddətli kursda olublar. Kursda meteoroloji, hidroloji sahədə yeniliklərlə tanış olub, bilik və təcrübə əldə ediblər. Əməkdaşlar avtomatik meteoroloji stansiyaların iş prinsipini öyrənib, Aqrometeorologiya, Hidrologiya, Meteorologiya sahəsində yeniliklər,  müasir cihazların tətbiq qaydaları ilə tanış olublar. Üç günlük təcrübə çox məhsuldar olub. Əməkdaşlar
Milli Hidrometeorologiya Xidmətində türk medikap sistemi meteorologiya sahəsi, gələcəkdə tətbiqi nəzərdə tutulan proqnoz modelləri,su sərfini ölçən "Sommer" cihazı və suyun sürətini ölçən Azərbaycan istehsalı "Fırlanğıc" cihazının  tətbiq qaydaları barədə ətraflı məlumatlar əldə ediblər. Bakıdakı mütəxəssislərə,  həmkarlarımıza yüksək diqqətə görə təşəkkürümüzü bildiririk.