Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvan Muxtar Respublikasında ilk dəfə yerin təki sahəsinin istifadəyə verilməsi üzrə hərrac təşkil edildi

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən iyulun 7-də yerin təkinin istifadəyə verilməsi üzrə Naxçıvan şəhərində ilk dəfə hərrac keçirildi.
Hərracda 1 lot üzrə Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonu ərazisində yerləşən “Qoşaquldağ” (Pircuvardüzü) qum yatağı satışa çıxarıldı. Başlanğıc qiyməti 15180 manatdan başlayan yatağın istismar müddəti 15 ilədəkdir.