Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Dağ-mədən sahəsində mövcud imkanlar və perspektivlər mövzusunda Naxçıvanda ilk dəfə “Biznes Forum” keçirildi.

Bu gün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Dağ-Mədən Sahəsində Mövcud İmkanlar və Perspektivlər” mövzusunda Biznes Forum keçirildi.
Sözügedən sahə üzrə Naxçıvanda mövcud imkanlar və perspektivlər haqqında potensial auditoriyanı maarifləndimək məqsədilə keçirilən Forumda ölkə ərazisində fəaliyyət göstərən iri və orta sahibkarlıq subyektlərinin və bır sıra dövlət qurumlarının nümayəndələri iştirak etmişlər. Forumun gündəliyində bu bölgədə yerləşən faydalı qazıntı yataqları, yer təkinin hüquqi tənzimlənməsi qaydaları və sözügedən sahəyə investisiyanın təşviqi ətrafında mövzular yer almışdır.
Forumda Geoloji Kəşfiyyat, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentlikləri əməkdaşları hər biri öz sahəsi üzrə təqdimatlar etdilər.