Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşları tərəfindən keçirilən monitorinq

 

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq 18 iyul 2023-cü il tarixdə Kəngərli rayon Yurdçu  kəndində kompleks ekoloji monitorinq keçirilmişdir.

Kənd ərazisinin yaşıllıq sahələrinə, məişət tullantılarının idarə olunmasına, bulaq, kəhriz və artezian sularına baxılmışdır. Kəndin küçə və məhəllələrinin, xüsusən  içməli su mənbələrinin ətrafının və yeni salınmış meyvə bağının seliqəyə salınmasına ehtiyac olduğu aşkar olundu. “Ağsu” kəhrizinin ətraflında məişət tullantıları qeydə alınmışdır. Kənddə salınmış meyvə bağında qurumalar mövcud idi və ərazinin suvarılmasına ehtiyac olduğu  müşahidə edilmişdir.

       Naxçıvan – Kəngərli avtomobil yolunun sağ və sol hissələrində salınmış yaşıllıq zolaqlarında tinglərdə və ağaclarda qurumalar eyni zamanda ərazilərin suvarılmasına və  aqrotexniki qulluq işlərinin aparılmasına ehtiyac vardır.

      Çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlara müraciət ediləcəkdir.

     Muxtar respublikanın şəhər  rayon və kəndlərində monitorinqlər bundan sonra da davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur.