Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşları tərəfindən keçirilən monitorinq

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq Ordubad rayon Biləv, Gilançay və Baş Dizə kəndlərində monitorinq keçirilmişdir.
         Kənd ərazisinin yaşıllıq sahələrinə, məişət tullantılarının idarə olunmasına, çay,bulaq, kəhriz və artezian sularına baxılmışdır.          
        Kotam mərkəzi tullantı məntəqəsində tullantıların üzərinin basdırılmadığı və  tullantıların   yandırıldığı qeydə alındı.  Biləv çay vadisində bir ədəd qoz ağacının böyük budağı qırılaraq çayın içərisinə düşmüşdür, çay kənarında kəsilmiş ağac budaqlarının yandırıldığı, Güilançay kəndinin meşə ərazisində ağacların bəzilərinin budaqları, bəzilərinin tamamilə quruduğu, Baş Dizə kəndindən keçən  çayın  kənarlarında bir neçə  söyüd ağacının budaqlarının quruduğu  müşahidə edildi.
Hava Limanından - Culfa rayonunun girişinədək yaşıllıq zolaqlarının tingələrində quruma, yarpaqlarda saralma və suvarmasına ehtiyac vardır. 
         Çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlara müraciət edilmişdir.
         Muxtar respublikanın şəhər və rayonlarında monitorinqlər bundan sonra da davam etdiriləcəkdir.