Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

“Təbiəti birgə qoruyaq” aksiyası çərçivəsində növbəti təmizlik aksiyası keçirilib.

“Təbiəti birgə qoruyaq” aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Ekologiya könüllülərinin iştirakı ilə növbəti təmizlik aksiyası keçirilib.

Aksiya çərçivəsində Ağbulaq istirahət mərkəzinə gedən yolun kənarları və bulaqların ətrafındakı ərazilər  tullantılardan təmizlənib.
Təəssüf ki, hər həftə keçirilən bu aksiyalarda yenə də vətəndaşların istirahət zamanı atıb getdikləri tullantılara rast gəlinir. Hər kəsi məsuliyyətini dərk edərək ətraf mühiti təmiz saxlamağa və əraziləri çirkləndirməməyə səsləyirik.