Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Ordubad rayonu Baş Dizə kəndi ərazisində bələdiyyə mülkiyyətində olan ərazidə qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb və yerində araşdırılıb.
Araşdırma zamanı ərazidə 6 ədəd yaş halda qovaq və söyüd ağacları qanunsuz kəsildiyi faktı müəyyən edilib.
“Faktla bağlı akt tərtib olunub. Qanunamüvafiq tədbirlər görüləcəkdir”