Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvanda növbəti dəfə yerin təki sahəsinin istifadəyə verilməsi üzrə hərrac təşkil edilib

Naxçıvanda növbəti dəfə yerin təki sahəsinin istifadəyə verilməsi üzrə hərrac təşkil edilib

Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə hərrac keçirilib.

Hərracda Naxçıvan Muxtar Respublikasının Culfa rayonu Ərəzin kəndi ərazisində yerləşən “Qaradaş teşenit" yatağında 7,5 ha sahə auksiyona çıxarılıb. 

“Qaradağ teşenit” yatağı “Arkoz Travertin-Mərmər Zavodu” MMC tərəfindən 126 min manata alınıb. Qeyd edək ki, yatağın istismar müddəti 25 ilədəkdir.