Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Bugünədək 9,5 hektar ərazidə payız əkin mövsümü üçün hazırlıq işləri aparılmışdır.
🌱 Muxtar Respublikada payız əkin mövsümündə meşəsalma tədbirlərinin həyata keçirilməsi məqsədilə müəyyən olunmuş ərazilərdə torpaq hazırlığı işləri davam etdirilir, damcılı suvarma sistemləri quraşdırılır.
🌳 Payız əkin planına uyğun olaraq tinglik sahələrində ərazilərin torpaq-iqlim şəraitinə uyğun tut, alma, ərik, palıd, püstə və digər toxumlardan ibarət müxtəlif toxumacarlıq sahələri yaradılacaqdır.
Qeyd edək ki, Qoşadizə, Xətai və Quşçuluq tinglik sahələrində yetişdirilən tinglərə baxış keçirilmiş və invertarlaşma aparılmışdır. Tinglik sahəsində mövcud olan 195000 ədəd əkin standartlarına uyğun müxtəlif meyvə, meşə və həmişəyaşıl tingləri meşəsalma və meşəbərpa tədbirlərində istifadə olunacaqdır.