Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Tibbi tullantıların idarə olunmasına dair tədbir keçirilib

Tibbi tullantıların idarə olunmasına dair tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Tibbi tullantıların idarə olunmasına dair tədbir keçirilib. 

Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Tibbi tullantıların idarə olunmasına dair tələblər" haqqında 213 nömrəli  Qərarına uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən tibb müəssisələrində qanunvericiliyin tələblərinin tətbiqi və aparılan reyd yoxlamaların nəticələri, tibbi tullantıların çeşidlənməsinin əhəmiyyəti, mövcud ekoloji problemlər və həlli yolları haqqında çıxışlar edilib.

Həmçinin səhiyyə müəssisələrində tibbi tullantıların idarə olunmasında aşkar edilmiş nöqsanlar və mövcud qanunvericiliyin tələblərinin pozulmasının qarşısının alınması məqsədi ilə birgə təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Tədbirin sonunda tibbi tullantıların idarə olunması məqsədilə birgə komissiyanın yaradılması və monitorinqlərin keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.