Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

“Təbiəti birgə qoruyaq!" aksiyası çərçivəsində Naxçıvançay ətrafındakı ərazilər tullantılardan təmizlənib

“Təbiəti birgə qoruyaq!" aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və Ekologiya könüllülərinin iştirakı ilə təmizlik aksiyası keçirilib.

Aksiya çərçivəsində Naxçıvançay ətrafındakı ərazilər tullantılardan təmizlənib.

Mütəmadi olaraq təşkil olunan bu cür aksiyaların keçirilməsinin məqsədi, Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların artırılması, ərazilərin məişət tullantılarından təmizlənməsi, gənclərdə təbiətə məhəbbət hissini aşılamaq, ekoloji mədəniyyəti formalaşdırmaq və ətraf mühitin mühafizəsinin önəmini ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.