Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirilib.
#Naxçıvan Muxtar Respublikası #Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Duzdağ Fizioterepiya Mərkəzinə gedən yolun sol kənarında keçirilən aksiya zamanı 2 ha ərazidə torpaq-iqlim şəraitinə uyğun olaraq 1280 ədəd ağac əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.