Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

“Tullantıları tingə dəyiş” aksiyası

🌳♻️ Bu gün (2.12.2023-cü il) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq həyata keçirilən “Tullantıları tingə dəyiş” aksiyası əhali arasında böyük maraqla qarşılanmışdır.

“Tullantıları tinglərə dəyiş” ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Sizin Market”in qarşısında keçirilib.

Vətəndaşlar arasında yaşıllıqların artırılması və tullantıları çeşidləmə vərdişinin formalaşmasına yönəlmiş aksiya çərçivəsində ümumi tutumu 250 litr olan plastik, 60 litr şüşə və 40 ədəd işlənmiş batareya təhvil alınaraq əvəzində 200 ədəd ağac tingi paylanılıb. Qeyd edək ki, paylanılan ağac tingləri Nazirliyin tinglik sahəsində yetişdirilir.

Aksiyalar Naxçıvan şəhərində və rayonlarda növbəti günlərdə də davam etdiriləcək. Hər kəsi aksiyalarda fəal iştirak etməyə çağırırıq.

Əldə etdiyiniz ağac tinglərini əkdikdən sonra şəkillərini bizimlə bölüşə bilərsiniz.