Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İnzibati binalarda yanğın hadisəsinin baş vermə səbəbləri və yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilmişdir.

  17 yanvar 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “fövqəladə halların xüsusiyyətləri və fövqəladə hal zamanı davranış qaydaları, inzibati binalarda yanğın hadisəsinin baş vermə səbəbləri və yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri” mövzusunda Nazirliyin və tabeli idarələrin əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirilmişdir.
Mövzu üzrə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının məruzələri dinlənilmiş, təqdimat və videoçarx nümayiş etdirilmiş. Sonda iştirakçıların sualları cavablandırılmışdır.