Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Babək rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib.

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev vətəndaş qəbulu qrafikinə uyğun olaraq 30 yanvar 2024-cü il tarixdə Babək rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirib. Qəbulda Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak edib.

Vətəndaşların ovçuluq təsərrüfatlarının yaradılması, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətləri dinlənilib. Müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.