Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ağacəkmə aksiyası keçirilib

Dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

“Əshabi-kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi yolunun kənarında keçirilən aksiyada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, ekokönüllülər və muxtar respublikada fəaliyyət göstərən media nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində 1 hektarlıq ərazidə 4 metrlik əkin sxemi ilə tut tingləri əkilib.