Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Muxtar Respublikanın bütün bölgələrində yaşıllıq sahələrində aqrotexniki qulluq və suvarma işləri aparılıb

12 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeli qurumlarının əməkdaşları tərəfindən Uzunoba su anbarının ətrafında terras üsulu ilə əkilən ağaclara aqrotexniki qulluq olunub və suvarma işləri aparılıb.
Əməkdaşlar tərəfindən 23 hektarlıq ərazidə quru budama, alaq otlarından təmizləmə, damcılı və daşınabilən su çənləri vasitəsilə suvarma işləri, eləcə də digər mövsümi işlər görülüb.
Qeyd edək ki, muxtar respublikanın bütün bölgələrində yaşıllıq sahələrində aqrotexniki qulluq və suvarma işləri aparılıb.