Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Uzunoba Su Anbarının ətrafı tullantılardan təmizlənib

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 12 sentyabr tarixində Uzunoba Su Anbarının ətrafında təmizlik aksiyası keçirilib.

“Təmiz ölkəm” devizi ilə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və tabeliyindəki qurumların əməkdaşları, eyni zamanda ekokönüllülər iştirak ediblər. Ərazi ümumilikdə 90 kiloqramdan artıq tullantıdan təmizlənib.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması, eləcə də tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.