Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Heydər Əliyev adına tam orta məktəbin həyətyanı sahəsindəki yaşıllıqlar suvarıldı – “SUVAR!” aksiyası növbəti dəfə keçirildi

Naxçıvan Muxtar Respublikasında yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmənin genişləndirilməsi məqsədilə təşkil olunan “SUVAR” ekoloji aksiyası növbəti dəfə keçirilib. Bu dəfəki aksiya Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin həyətyanı sahəsində baş tutub.

Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Daha sonra ətraf ərazidəki ağaclar suvarılıb. Ağacların suvarılması işində məktəblilərlə yanaşı, təşkilatçı qurumların əməkdaşları da fəal iştirak ediblər.

Qeyd edək ki, bu ekoloji aksiya Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Təhsil nazirliklərinin, həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.