Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev oktyabrın 9-da Kəngərli rayonunda vətəndaşları qəbul edib

Əvvəlcə nazir Xanlar Mustafayev və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Kəngərli Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.

Qəbul zamanı vətəndaşların işlə təminolunma və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb, digərlərinə qanunvericiliyin tələbləri çərçivəsində baxılması üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.