Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev-1760685861.jpg)
8 oktyabr 2025-ci il tarixində keçirilən monitorinq çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fon səviyyəsi, ətraf mühitə zərərli fiziki təsirlər, elektromaqnit şüalanma, səs-küy, eyni zamanda vibrasiya təsirləri üzrə ölçmə və müşahidələr aparılıb. Rayonun 3 fərqli ərazisində aparılan ölçmə işlərinin nəticəsinə əsasən göstəricilər norma daxilində olub.
Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında mütəmadi aparılan ekoloji monitorinqlər regionda ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin sağlamlaşdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır.