Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Növbəti ekoloji-hüquqi maarifləndirmə tədbiri Culfada keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Culfa Rayon İcra Hakimiyyətində “Ətraf mühitin qorunması hər bir şəxsin borcudur”, “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” devizi altında ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları, eyni zamanda Culfa Rayon Prokurorluğunun əməkdaşı çıxış edərək ətraf mühitin qorunması istiqamətində ictimaiyyətin maarifləndirilməsinin məqsədlərindən, təbiətə mənfi təsir halları ilə mübarizədə vətəndaş həmrəyliyinin vacibliyindən danışıblar.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Culfa Rayon İcra Hakimiyyətinin, Culfa Rayon Prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə mövzu ətrafında fikir mübadiləsi aparıb, ekoloji-hüquqi biliklərin artırılmasının ətraf mühitin mühafizəsində oynadığı rolu yüksək qiymətləndiriblər.