Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Babək rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Konstitusiya və Suverenlik ili” çərçivəsində ekoloji bilik yarışı keçirilib

Babək rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” devizi altında ekoloji bilik yarışı keçirilib.
Yarışda Babək rayon ümumtəhsil müəssisələrini təmsil edən 8 komanda mübarizə aparıb. Babək rayon Kərimbəyli kənd tam orta məktəbin “Ekozirvə” komandası ən yüksək nəticəni göstərərək 1-ci yerin qalibi olub və yarışın Əsasnaməsinə uyğun olaraq "Final" mərhələsinə adlayıb.
Qeyd edək ki, ekoloji bilik yarışları Naxçıvan şəhəri və rayonlar üzrə keçirilir, qalib komandalar yekunda Naxçıvan Muxtar Respublikası üzrə "Final" mərhələsində biliklərini sınayacaqlar.
Yarışlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumtəhsil müəssisələrinin V–VIII sinif şagirdləri arasında təşkil olunur və şagirdlərin ekoloji biliklərini artırmaq, ətraf mühitə həssaslıq və məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.
Yarışların sonunda qalib komandaların kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulur.