Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Gəvik Dövlət Meşəsində 10 hektar ərazidə 55 kiloqram toxum əkilib

Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin və Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Gəvik Dövlət Meşəsində toxumla əkin işləri həyata keçirilib.
 
Meşənin 10 hektarlıq sahəsinə ümumilikdə 55 kiloqram olmaqla bölgənin iqlim şəraitinə uyğun olan ağac və kol bitkilərinin (yemişan, itburnu, alça və badamça)  toxumları əkilib.
 
Qeyd edək ki, bir neçə ay əvvəl bu meşə massivində baş vermiş yanğın zamanı ziyan dəymiş sahələrin bərpası məqsədilə görülən bu tədbir ekosistemin əvvəlki vəziyyətinə qaytarılmasına xidmət edir.