Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Kəngərli rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində ekoloji bilik yarışı keçirilib

Kəngərli rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” devizi altında ekoloji bilik yarışı keçirilib.

Yarışda Kəngərli rayon ümumtəhsil müəssisələrini təmsil edən 8 komanda mübarizə aparıb. Qarabağlar kənd 2 nömrəli tam orta məktəbinin “Təbiətin səsi” komandası ən yüksək nəticəni göstərərək 1-ci yerin qalibi olub və yarışın Əsasnaməsinə uyğun olaraq "Final" mərhələsinə adlayıb.

Qeyd edək ki, Naxçıvan şəhəri və rayonlar üzrə keçirilən yarışlarda qalib olan komandalar yekunda Naxçıvan Muxtar Respublikası üzrə "Final" mərhələsində biliklərini sınayacaqlar.