Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 19 ünvanında yerləşən "Araz" Supermarketin qarşısında “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

📍 "Araz" Supermarket Naxçıvan-1

(Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 19)

🕚 Saat: 11:00

🗓️ 18 dekabr 2025-ci il