Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti təmizlik aksiyası keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” devizi altında təmizlik aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti aksiya Şahbuz rayonu Batabat yaylağı ərazisində keçirilib.
Zəruri sanitar ləvazimatlarla təmin olunan aksiya iştirakçıları insanların istirahət üçün üz tutduqları ərazidəki yaşıllıq sahələrində məişət tullantılarını toplayıb, ictimaiyyətə ətraf mühitin mühafizəsi ilə bağlı çağırışlar ediblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq ekoloji-hüquqi maarifləndirmə işləri aparılır, eyni zamanda ətraf mühiti çirkləndirən şəxslərə qarşı inzibati tədbirlər görülür.