Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirilib

Babək Rayon İcra Hakimiyyətinin inzibati binasında ətraf mühitin qorunması və ekoloji qanunvericiliyin tələbləri ilə bağlı maarifləndirici tədbir təşkil olunub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Babək Rayon İcra Hakimiyyətinin və Babək Rayon Prokurorluğunun əməkdaşları çıxış edərək ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər, ekoloji hüquqlar və vətəndaşların bu istiqamətdə üzərinə düşən vəzifələr barədə məlumat veriblər.

Çıxışlarda qeyd olunub ki, ekoloji tarazlığın qorunması, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitə mənfi təsir göstərən halların qarşısının alınması üçün ictimaiyyətin məlumatlandırılması və fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Bu baxımdan maarifləndirici tədbirlərin keçirilməsi və əhali arasında ekoloji mədəniyyətin formalaşdırılması xüsusi önəm kəsb edir.

Tədbir çərçivəsində yaşıllıqların qorunması, tullantıların düzgün idarə olunması, qanunsuz ov hallarının qarşısının alınması, eləcə də təbiətə zərər vuran digər hüquqpozmalara qarşı mübarizə mövzularına toxunulub.

Sonda tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və ətraf mühitin mühafizəsində hər bir vətəndaşın məsuliyyətinin vacibliyi bir daha vurğulanıb.