Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Muxtar respublika ərazisində ekoloji monitorinqlər aparılıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Hidrometeorologiya Mərkəzinin əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Babək, Culfa, Şərur, Sədərək, Şahbuz, Kəngərli və Ordubad rayonları ərazisində planlı ekoloji monitorinqlər aparılıb.

Həyata keçirilən monitorinqlər zamanı atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fonun səviyyəsi, ətraf mühitə təsir göstərən fiziki amillər, elektromaqnit şüalanma, səs-küy və vibrasiya kimi faktorlar üzrə ölçmələr və müşahidələr həyata keçirilib. Aparılan analizlərin nəticələrinə əsasən bütün göstəricilərin mövcud ekoloji standartlara uyğun olduğu müəyyən olunub.

Monitorinqlərin keçirilməsində əsas məqsəd ətraf mühitin mövcud vəziyyətinin öyrənilməsi, təbii proseslər və antropogen amillərin ekoloji mühitə mümkün təsirlərinin müəyyən edilməsi, həmçinin regionda ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində nəzarət tədbirlərinin daha da gücləndirilməsidir.