Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Mövsümlə əlaqədar yaşıllıqlara aqrotexniki qulluq işləri davam etdirilir

16 mart 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan–Şahbuz avtomobil yolunun 11-ci kilometrliyində, yolun sol hissəsində terras üsulu ilə əkilmiş təpəlik ərazidə meşəbərpa işləri görülüb, eyni zamanda ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

Ümumi sahəsi 5 hektar olan əraziyə torpaq-iqlim şəraitinə uyğun 1100 ədəd meşə və meyvə tingi əkilib, həmçinin ağaclarda budama aparılıb, ərazi alaq otlarından təmizlənib və zərərvericilərə qarşı tədbirlər görülüb.