Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bu gün Ekoloji Bilik Günüdür. Bu münasibətlə Ekoloji təhsil layihəsi çərçivəsində Şərur rayon Vərməziyar kənd tam orta məktəbində maarifləndirici görüş təşkil olunub

Şagirdlərlə görüş “Ekoloji hüquq” mövzusuna həsr edilib. Tədbir zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları şagirdlərə ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericilik, vətəndaşların hüquq və öhdəlikləri barədə məlumat veriblər. Bildirilib ki, hər kəsin sağlam mühitdə yaşamaq hüququ var və bu hüququn qorunması üçün hər bir fərd məsuliyyət daşıyır.

Vurğulanıb ki, ətraf mühitə dair qaydalara riayət olunması yalnız təbiətin mühafizəsinə deyil, həm də insanların daha sağlam və təhlükəsiz şəraitdə yaşamasına xidmət edir. Şagirdlərə izah edilib ki, gündəlik davranışlarda ekoloji məsuliyyət nümayiş etdirmək, resurslardan qənaətlə istifadə etmək və təbiətə zərər verən hallardan uzaq durmaq mühüm əhəmiyyət daşıyır.Bu vərdişlərin uşaqlıqdan aşılanması gələcəkdə ətraf mühitə daha diqqətli və məsuliyyətli yanaşan cəmiyyətin formalaşmasına kömək edir.