Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Yaşıllıqlara aqrotexniki qulluq göstərilib


18 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları tərəfindən Naxçıvan–Şahbuz avtomobil yolunun 11-ci kilometrliyində, yolun sol hissəsində terras üsulu ilə salınmış təpəlik ərazidə ağaclara aqrotexniki qulluq göstərilib.

Ümumi sahəsi 12 hektar olan ərazidə dibçəkdə yetişdirilən həmişəyaşıl tinglər əkilib, həmçinin əvvəlki günlərdə yenilənən damcılı suvarma xətləri vasitəsilə ağacların suvarılması təmin edilib və zərərvericilərə qarşı müvafiq tədbirlər görülüb.