Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçirib

Aprelin 24-də Ulu öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə Baş Prokurorluq, Hərbi Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, prokurorluğun veteranları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, nazirliyin əməkdaşları, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, eləcə də ekokönüllülərin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirib.

Tədbir çərçivəsində Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikasında torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 800-dən çox zeytun, Eldar şamı, həmçinin digər dekorativ və meyvə ağacları əkilib.

Kampaniyadan sonra prokurorluğun veteranları ilə görüş keçirilərək onlarla səmimi söhbətlər edilib.