Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
25 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların əməkdaşları tərəfindən Naxçıvan–Duzdağ avtomobil yolunun 8-ci kilometrliyində, yolun sol hissəsindəki yaşıllıq zolağında ağaclara aqrotexniki qulluq göstərilib.
2 hektar sahədə ağacların suvarılması təmin edilib və zərərvericilərə qarşı müvafiq tədbirlər görülüb.